Yuxarı

DMX əcnəbilərə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DMX əcnəbilərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.

Bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair

Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi “ASAN xidmət” mərkəzlərində;

Xaçmaz rayonunda yaşanan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Xaçmaz regional miqrasiya idarəsində;

Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Mingəçevir “ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Həmçinin giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Təqdim olunan sənədlərə dair Mingəçevir şəhəri istisna olmaqla qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

Tarix
2020.10.24 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla