Yuxarı

Dünyanın dörd yanından məktublar gəlir: Qarabağ...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın dörd yanından məktublar gəlir: Qarabağ...

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərməyə davam edir.

Bu barədə Axar.az-a ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, bugünədək ünvanlanan 600-dən artıq məktub ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italiyan, yapon, Koreya, Norveç, İsveç, Danimarka, ərəb və s. dillərdə yazılıb. Qarabağ həqiqətlərinin informativ təbliğatı üçün tərtib olunan və məzmunca bir-birini təkrar etməyən məktublara artıq cavablar gəlməkdədir.

İngiltərənin “Pearson” Təhsil və Elm Mərkəzi, Mərakeşin İbn Zöhr Universiteti, Tokio Universiteti, Fransa Prezidentinin Administrasiyası, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil, “Frans24” xəbər kanalı, Venesiya Universiteti, İzmir Ekonomi Universiteti, Frankofoniya Təşkilatı, Kanada Bioloqlar Assosiasiyası, Kabul Universiteti, Yaponiyanın Ecco cəmiyyəti, Nippon Akademiyası və b. məktublara reaksiya verərək cavab göndəriblər.

Qarabağ həqiqətləri haqqında göndərilən məktublarda qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Məktublarda beynəlxalq aləmin Ermənistanın işğalçı siyasətinə laqeyd qalmamasının zəruriliyi vurğulanıb.

Tarix
2020.10.26 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla