Yuxarı

Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Cari ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna,1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7 faizini kişilər, 21,3 faizini qadınlar təşkil edib.

Hesabat dövründə Çindən gələnlərin sayı 14,0 dəfə, Cənubi Koreyadan – 12,2 dəfə, İsraildən – 9,2 dəfə, Polşadan – 9,0 dəfə, Yaponiyadan – 8,8 dəfə, İraqdan – 8,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,8 dəfə, Macarıstandan – 7,2 dəfə, Omandan və ABŞ-dan – 6,4 dəfə, Kanadadan və Birləşmiş Ərəb Əmirliklərindən – 6,3 dəfə, Fransadan – 5,7 dəfə, Almaniyadan və Türkmənistandan – 5,2 dəfə, Qətərdən – 5,1 dəfə, Niderlanddan ¬– 5,0 dəfə, Böyük Britaniyadan – 4,9 dəfə, Qazaxıstandan – 4,5 dəfə, Pakistandan – 4,4 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,0 faizi dəmir yolu və avtomobil, 28,7 faizi hava, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,9 dəfə azalaraq 1073,4 min nəfər olub. Ölkə vətəndaşlarının 30,9 faizi İrana, 27,7 faizi Gürcüstana, 19,5 faizi Rusiya Federasiyasına, 13,2 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,5 dəfə azalıb.

2020-ci ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 76,7 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
2020.10.30 / 00:46
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla