Yuxarı

Matç TV-yə "Qarabağ"la bağlı etiraz...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Matç TV-yə "Qarabağ"la bağlı etiraz...

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Rusiyanın Matç TV idman kanalının Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındakı oyunlarının yayımlanmasına qadağa qoyması ilə bağlı Rusiya İdman Jurnalistləri Federasiyasına rəsmi məktubla müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan təcavüzünün dünya birliyi, BMT və beynəlxalq təşkilatlar tərəfindən təsdiqləndiyi bildirilib. Qeyd edilib ki, bu gün dünya birliyi Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən terrordan dəhşətə gəlir.

Müraciətdə deyilir:

“Bu günlərdə Rusiyanın idman televiziya kanalı Matç TV Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun Avropa Liqasında oyunlarının yayımlanmamasına qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb. “Qarabağ” Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir”.

Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu “bəyənməməsi”nə görə “Qarabağ” komandasının matçlarının Rusiya telekanalında nümayiş olunmasının qadağan edilməsi Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir:

“Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Azərbaycan İdman Jurnalistləri Federasiyası Matç TV-nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və qəti şəkildə etirazını bildirir”.

Tarix
2020.10.30 / 18:47
Müəllif
Axar.az
Digər xəbərlər

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla