Yuxarı

Beynəlxalq Bankdan möhtəşəm təklif: Bu kart pulsuzdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq Bankdan möhtəşəm təklif: Bu kart pulsuzdur

“American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb.

Axar.az xəbər verir ki, 30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır.

Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.11.20 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla