Yuxarı

Qarabağla bağlı yeni layihəyə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı yeni layihəyə başlanıldı

Azərbaycanın Qarabağ bölgəsinin azərbaycanlı icması yeni layihəyə start verib.

İcmadan Axar.az-a bildiriblər ki, layihə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı həyata keçirilir.

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalı zamanı 4 minə yaxın soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. Bu illər ərzində Ermənistan hakimiyyəti beynəlxalq konvensiyaların tələblərini pozaraq əsir düşmüş soydaşlarımızla bağlı Azərbaycan tərəfinə heç bir məlumat təqdim etməyib. Əsir düşmüş şəxslərin ailə üzvlərinin beynəlxalq təşkilatlara ünvanladıqları çoxsaylı müraciətlər isə cavabsız qalıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşan layihənin məqsədi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlərini yenidən gündəmə gətirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailə üzvlərinin üç dildə (Azərbaycan, rus, ingilis) videomüraciətlərini hazırlayıb beynəlxalq təşkilatlara, insan hüquqları ilə bağlı məşğul olan humanitar qurumlara təqdim etməkdir.

Azərbaycanın Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistan hakimiyyətindən 1990-cı illərdə əsir və girov götürülmüş, itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyi ilə bağlı məlumatlara aydınlıq gətirməyi tələb edirik.

Tarix
2020.11.20 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla