Yuxarı

85 obyektdə epidemiya əleyhinə rejim pozuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, noyabrın 20-21-də keçirilən monitorinqlər zamanı Xəzər rayonunda “Dalğa inşaat tikinti malları satışı” mağazasında, Emin Cabbarova məxsus pərakəndə ticarət obyektində, Nəsimi rayonunda “Sabir telefon mağazası”nda, “2 nömrəli mağaza”da, Mənəf Cavadova məxsus pərakəndə ticarət obyektində, Qaradağ rayonunda “Kingsmart super market”də, Rüstəm Dadaşova məxsus ət mağazasında, Səbail rayonunda “Ford ehtiyat hissələri satışı” mağazasında, “Üç alma market”də, Binəqədi rayonunda “Eko market”də, Atif Allahverdiyevə məxsus pərakəndə ticarət obyektində, “Dokta” MMC-yə məxsus “Aptek”də, Samir Seyidova məxsus boya sexində, Nərimanov rayonunda “Al market”də, Nadir Quliyevə, Mahal Bayramova məxsus mağazalarda, Sabunçu rayonunda Maşallah Seyidova məxsus pərakəndə ticarət obyektində, Müjgan Ərəbxanovaya məxsus gözəllik salonunda, Nizami rayonunda Ramin Məmmədova, Vüsalə Vəliyevaya, Ruslan Abdullayevə məxsus mağazalarda, Xətai rayonunda "Oba market"də, “Sərfəli market”də, Məhəmməd Eyvazlıya məxsus ticarət obyektində, Yasamal rayonunda Nigar Camalxanovaya, Natiq İmanova məxsus pərakəndə ticarət obyektlərində, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “Araz supermarket Günəşli”də, “Bazarstore”da, Gəncə şəhərində “Damla aptek”də, Nağı Əliyevə, Kərəm Məmmədova, Elşən Əliyevə, Rəna Abbasovaya məxsus mağazalarda, Sumqayıt şəhərində “Elmar market”də, “Aytac inşaat tikinti materialları mağazası”nda, Abşeron rayonunda "Usta inşaat tikunti materialları mağazası”nda, Quba rayonunda Urfan Əmirxanova məxsus pərakəndə ticarət obyektində, Sabirabad rayonunda Nazim Nəzərova məxsus “Təsərrüfat malları mağazası”nda, Validə Nuriyevaya məxsus “Sənaye malları mağazası”nda, Şəki rayonunda Ramil Şöhübova məxsus marketdə, Şəmkir rayonunda Maşallah Həsənova məxsus çörək sexində, Yadigar Məmmədova məxsus mebel salonunda, ümumilikdə 85 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Tarix
2020.11.23 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla