Bakı şəhəri Kürdəxanı qəsəbə sakini Kazım Əziz özünün
İmam Mehdi olduğunu iddia edir.
Məlum olduğu kimi, tarixdə indiyə qədər özünü İmam Mehdi hesab
edənlər çox olub. Kazım Əziz onların saxta olduğunu, həqiqi Mehinin
özünün olduğunu ifadə edib. O, hədislərdə imam Mehdiyə aid olan
bütün əlamətlərin özündə olduğunu qeyd edir. Kazım Əziz çoxlu sayda
kitabın müəllifi olub, bir çox qəzetin redaktoru vəzifəsində
çalışıb. Hazırda ona verilən təqaüd hesabına dolanır. İndiyə qədər
verdiyi proqnozların təsdiqini tapmasını əlindəki sənədlərlə
göstərməyə çalışır. Adı bir neçə qəzetdə hallanıb və verdiyi
proqnozlar mediada yer alıb.
Bu şəxs Azərbaycandan başqa Türkiyədə də məşhurdur. O,
əməkdaşımıza açıqlamasında İbrahim Tatlısəs, Sibel Can kimi
məşhurlarla yaxın olduğunu qeyd edib. Həmçinin, dövlət məmurlarının
bir çoxunun onu tanıdığını da deyir. Hazırda dövlət orqanlarında
çalışan yüksək rütbəli məmurların çoxunun onun xeyir-duası,
proqnozu ilə vəzifəyə keçdiyini dilə gətirib. Kazım Əziz Milli
Məclisin spikeri Oqtay Əsədova "yaxın müddətə parlamentdə vəzifəyə
keçəcəksən" söylədiyini və bundan qısa müddət sonra pronozunun
reallaşdığını bildirib. O,Rusiyanın keçmiş baş nazirinin
vəzifəsindən ayrılacağını da proqnoz verib. Kazım Əziz həmçinin
qeyd edib ki, Əli Abbasov onun xeyir-duasi ilə vəzifəyə gəlib. Bu
hadisə təsdiqlənərək qəzetdə işıq üzü görb. Bir sözlə Kazım Əziz
İmam Mehdinin zühur etdiyini və imamın şəxsən özü olduğunu müsəlman
aləminə yaymaq istəyir.
Kazım Əziz qeyd edib ki, Qarabağın qaytarılması Mehdinin gəlişi ilə
bağlıdır. Allahın Qarabağı möhürlədiyini deyən K.Əzizin sözlərinə
görə, bu barədə hədislərdə məlumatlar var: "Mən rus
televiziyalarında erməni xalqına müraciət etsəm, 40 gün ərzində
orada fəlakət baş verəcək. Ermənilər qorxaraq Qarabağdan
çəkiləcəklər. Müharibə olmayacaq. Lazım gələrsə, Mehdi ordusu bunun
üçün cihad da aparacaq. Qarabağ sülh yolu ilə qaytarılacaq.
Qarabağın açarı məndədir. Əgər prezidentlə görüşərəmsə, "Qarabağın
Açarını" təqdim edəcəm".
Kazım Əziz hal-hazırda dünyada böyük bəlaya çevrilən İŞİD-lə də
bağlı açıqlama verib. O, İŞİD-i özünə tabe edəcəyinə inanır:
"Musanın qəzəbi məndə olduğu üçün əsəbiyəm. Beynimdə çox qarışıq
fikirlər olur. Allahdan vəhy gələndən sonra bilmədiklərimi bilirəm.
İŞİD-i məğlub etmək üçün Suriyaya getmək istəyirəm. Hər yerə bu
barədə məlumat verirəm. Böyük qarabayraqlılarla gələndə onlar mənə
təslim olacaqlar. İŞİD hədislərdə adı keçən kiçik
qarabayraqlılardır. Onlar da məni qəbul etdikləri üçün beyət
edəcəklər. Bütün dünya mənim Mehdi olduğumu qəbul edəcək. Onlar
mənə toxuna da bilməzlər. Suriya hadisələrində mənim ortaya
çıxmağım peyğəmbər hədislərində də var. Bu Məhərrəm ayında baş
verəcək.
Kazım Əziz qeyd edib ki, İŞİD qalib gələ-gələ bir sıra əraziləri
ələ keçirəcək. Lakin sonda məğlub olacaq.
Moderator.az əməkdaşının Kazım Əzizlə video-müsahibəsini
oxuculara təqdim edirik: