Yuxarı

Deputat türkiyəli həkimlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat türkiyəli həkimlərlə görüşdü - Foto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ötən həftə respublikamızda səfərdə olan türkiyəli həkimlərlə görüşüb.

Axar.az xəbər verir ki, Türk Ocaqlarının Baş katibi, prof.dr. Əmrah Şənəlin başçılıq etdiyi həkim heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən komitə sədri iki qardaş ölkənin hər zaman bir-birinin yanında olduğunu, gələcəkdə də belə olacağını deyib.

Qardaşlıq bağlarının möhkəmlənməsində aydınların müstəsna roluna vurğulayan Q.Paşayeva Türkiyə aydınlarının istər 44 günlük müharibə günlərində, istərsə də tarixi zəfəri qeyd etdiyimiz günlərdə Azərbaycana verdiyi əvəzsiz mənəvi dəstəyin unudulmayacağını bildirib.

Prof.dr. Ə.Şənəl də qardaşlığın önəmindən danışıb:

“Dünyanın harasında bir türk varsa, onun dərdi ilə dərdlənirik, əlimizdən gələn yardımı edirik. Yüz il öncə olduğu kimi, bugünlərdə də ölkəmizin bütün imkanları ilə işğalçı Ermənistana qarşı savaşan can Azərbaycanın yanında dik durduq, durmağa davam edəcəyik!”

Qardaş ölkənin nümayəndə heyətinin başçısı bildirib ki, Türkiyə Cümhuriyyəti dövlətinin təlimatı ilə Azərbaycanda yaralı əsgərlərə xidmət göstərmək üçün 30 nəfərlik xüsusi həkim briqadası göndərilib.

Q.Paşayeva bu mühüm dəstək üçün təşəkkür edib.

Tarix
2020.11.24 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla