Yuxarı

Soydaşlarımız Rusiyaya çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soydaşlarımız Rusiyaya çağırış etdi

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.

Axar.az xəbər verir ki, “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və YUNESKO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın Prezident Administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə Azərbaycan diasporunun Qarabağ ərazisində sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya liderlərinin göstərdikləri səylər yüksək qiymətləndirir.

Bununla belə, işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilməsi, flora və faunanın qəsdən və planlı şəkildə məhv edilməsi xatırladılıb, Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini ermənilərin qadağan edilmiş ağ fosfor bombasının tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd etdiyi nəzərə çatdırılıb.

Baş verənləri ciddi ekoloji cinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönəlmiş barbar addımlarının qarşısını almağa çağırıb.

Tarix
2020.11.27 / 11:05
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla