Yuxarı

150 minlik oğurluğun üstü açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
150 minlik oğurluğun üstü açıldı

Göyçay rayonunda vətəndaşa məxsus mənzildən küllü miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan 3 nəfər həbs olunub.

Report xəbər verir ki, Göyçay rayon sakini Ömərov İlqar Muxtar oğlu rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mənzilindən kulli miqdarda pul və qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Məlum olub ki, Ömərov Namiq İlqar oğlunun təklifi və başçılığı ilə tanışları Quliyev Seymur Qəzənfər oğlu və Həsənov Teymur Məzahir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ömərov İlqar Muxtar oğluna məxsus Göyçay rayonu, Potu kəndində yerləşən yaşayış evinə qanunsuz daxil olublar. Onlar yataq otağında olan seyfi çıxarıblar, həmin seyfin qapısını kəsib açaraq içində olan 139 000 ABŞ dollarını, 21 000 manatı, külli miqdarda qızıl-zinət əşyalarını və 21 ədəd özəlləşdirmə çekini oğurlayıblar.

Seyfi oğurladıqdan sonra onu Seymür Quliyevin həyətinə aparıblar, seyfi açıb pulların xeyli hissəsini və qızılları götürüblər. Sonradan Yuxarı Şirvan kanalının üzərinə gediblər və orada seyfin içərisndə yenidən axtarış aparmaq istəyən zaman, qəflətən kənardan bir naməlum avtomobilin həmin istiqamətə gəldiyini görüb seyfi kanala atıblar. Saxlaanılan şəxslərin dediyinə görə. seyfin içərisində xeyli sənədlər, müxtəlif vətəndaşlara məxsus pensiya kartalrı, məbləği hələlik məlum olmayan miqdarda pullar seyflə birlikdə kanala atılıb.

Keçirilmiş əməliyyat tədbirləri zamanı oğurlanmış pullardan 91 250 dollar, qızıllı zinət əşyalarının hamısı və 21 ədəd özəlləşdirmə çekləri maddi sübut qismində götürülüb.

Hazırda digər maddi sübutların aşkar edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəllləsinin 177.2.1 və 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Tarix
2015.05.16 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla