Yuxarı

Obyekt şəhidlərin məzar daşına görə söküldü? – İH

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Obyekt şəhidlərin məzar daşına görə söküldü? – İH

“Qafqaz” nəqliyyat şirkətinin rəhbəri Rəşad Əmirliyə 5 şəhid məzarının düzəldilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tələb irəli sürməsi həqiqəti əks etdirmir.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Binəqədi İcra Hakimiyyətindən deyilib. Qurum bildirib ki, tikinti qanunsuz olduğu üçün orada söküntü işləri aparılıb:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 23 sentyabr 2020 tarixli məktubunda rayonun Biləcəri qəsəbəsindəki 10 May küçəsinə gedən yolda, qəbiristanlığın hasarına bitişik (qaz xəttinin mühafizə zolağında) 30 kv.metr sahədə metal konstruksiyalardan quraşdırılma işlərinin və 150 kv.metr sahədə betonlanma işlərinin qanunsuz aparılmasının müşahidə olunması barədə məlumat daxil olmuşdu. Yerli səviyyədə şəhərsalma nəzarətinin təmin edilməsi və qanunsuz zəbtetmənin qarşısının alınması ilə bağlı yerində tərtib edilmiş akt RİH-nə göndirilib. Vətəndaş Rəşad Əmirli tərəfindən isə torpağa dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Vətəndaşa özbaşına quraşdırılmış metal konstruksiya işlərinin dayandırılması və sahənin əvvəlki vəziyyətinə qaytarılması tövsiyə edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə bundan imtina edərək, əssasız iddialar irəli sürüb.

Bu səbəbdən müvafiq qaydaların tələblərinə uyğun olaraq özü tərəfindən qanunsuz şəkildə quraşdırılmış metal konstruksiyalar sökülüb. Yanvarın 12-də isə Rəşid Əmirli rayon rəhbərliyi tərəfindən qəbulda olarkən ona qanunvericiliyin tələbləri izah olunub və vətəndaş gələcəkdə müvafiq qanunvericiliyin tələblərinə əməl edəcəyinə söz verib”.

Qeyd edək ki, mətbuatda "Qafqaz” nəqliyyat şirkətinin rəhbəri Rəşad Əmirlinin 5 şəhidin məzar daşının qoyulması barədə Binəqədi İH-nin tələbini yerinə yetirmədiyi üçün obyektinin uçurulması barədə məlumat yayılmışdı.

Tarix
2021.01.12 / 18:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla