Yuxarı

Mehriban Əliyeva tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyeva tapşırıq verdi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamının icrası ilə bağlı nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.

Eyni zamanda görüşdə qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

Qısa müddət ərzində tərtib edilmiş Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası barədə görüş iştirakçıları arasında ilkin müzakirələr və fikir mübadiləsi aparılıb. Həmçinin, Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin qurulması məqsədilə məzmun materiallarının toplanması üzrə Tədbirlər Planının ilkin layihəsi də görüşdə müzakirə edilib.

Bu yaxınlarda Mədəniyyət Nazirliyin nəzdində yaradılacaq daxili İşçi qrupunun görüşlərinin daha geniş tərkibdə keçirilməsi nəzərdə tutulur.

Tarix
2021.01.13 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla