Yuxarı

Əli Abbasov Dünya İqtisadi Forumunda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İordaniyada Yaxın Şərq və Şimali Afrikaya dair Dünya İqtisadi Forumunda (DİF) iştirak edib.

Nazirlikdən Axar.az-a verilən məlumata əsasən, yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin qatıldığı forumun açılış mərasimində Azərbaycan hökuməti tərəfindən nazir Əli Abbasov təmsil olunub.

Nazir forumun "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarına qatılıb. Tədbirlərdə qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemləri üzrə müzakirələr aparılıb.

Forum çərçivəsində nazir Əli Abbasovun DİF-in sədri Klaus Şvab ilə ikitərəfli görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə DİF arasında yüksəksəviyyəli əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2016-ci ilin yanvarında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində genişzolaqlı internetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının keçirilməsi mövzusu müzakirə edilib.

Yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsi məqsədilə nazir Əli Abbasov İordaniyanın, Uqanda Respublikasının, Bolqarıstanın, Birləşmiş Ərəb Əmirliklərinin, Yaponiyanın nümayəndələri, eyni zamanda dünyada tanınmış korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Tarix
2015.05.25 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla