Yuxarı

Baş Prokurorluq yayılan məlumatları təkzib etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluq yayılan məlumatları təkzib etdi

Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun MTK-REAL Mənzil tikinti kooperativinin (MTK) vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılıb.

Axar.az xəbər verir ki, Baş Prokurorluq açıqlama yayaraq həmin məlumatları təkzib edib.

Məlumata görə, MTK-REAL Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum ediliblər.

​Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun MTK-REAL Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin Kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun 2 oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapıb.

Eyni zamanda, MTK-REAL Mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə Kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilib.

Beləliklə, Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunub və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə, cinayət-prosessual qanumbericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilib.

Tarix
2021.01.26 / 18:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla