Yuxarı

Məhkəmə Vüqar Səfərlini evə buraxmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə Vüqar Səfərlini evə buraxmadı

Bakı Apelyasiya Məhkəməsində ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrlik etdiyi prosesdə Vüqar Səfərlinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.

V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də təmin edilməyib. Şikayət Binəqədi Rayon Məhkəməsinin həmin qərarından verilib.

V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.

İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.

Tarix
2021.01.26 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla