Yuxarı

Nazir bəyan etdi: Müasir peşə təhsil mərkəzləri açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsili Nazirliyi olaraq kadr potensialımızın dünyada gedən sənayeləşmə prosesinə hazırlıqlı olması üçün müxtəlif təhsil pillələri üzrə fəaliyyəti stimullaşdırmağa çalışırıq.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyibildirib.

Nazir qeyd edib ki, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən komputer-texniki ixtisaslar daxil olmaqla 120 ixtisas üzrə mütəxəssislər hazırlanır: "Təlim-tədris prosesi gələcək istiqamətlərin mütəmadi təhlilinə uyğun olaraq formalaşdırılır. Bu il sənayenin iştirakı ilə hazırlanan yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq. “WorldSkills” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gələcəyin peşələrinə dair beynəlxalq standartların tədris resurslarımıza inteqrasiyasını və tələbələrimizin beynəlxalq peşə olimpiadalarında iştirakını təmin edəcəyik".

E.Əmrullayev bildirib ki, peşə təhsili infrastrukturunun müasirləşdirilməsi istiqamətində də fəaliyyətimiz davam edir: "2019-cu ildə Prezident İlham Əliyevin açılışını etdiyi Koreya standartları əsasında qurulmuş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 11 ixtisas üzrə kadrlar hazırlayır. Bərdə, Cəlilabad, Lənkəran və Mingəçevirdə müasir peşə təhsil mərkəzlərinin açılışı planlaşdırılır. Biz ümumi təhsil sahəsində də şagirdlərimizin bu prosesə hazırlıqlı olması üçün müxtəlif layihələr çərçivəsində Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları əsasında öyrətməni həyata keçiririk. Eyni zamanda təhsilalanlara müasir peşələr üzrə ilkin bilik və bacarıqları aşılamaq üçün peşə təmayüllü sinifləri təşkil edərək prosesin sürətləndirilməsində maraqlıyıq".

Onun sözlərinə görə, ali təhsil sahəsində davamlı, uzunmüddətli və hərtərəfli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün savadlı və hazırlıqlı mütəxəssislər yetişdirilməsi təşviq edilir: "Ölkə iqtisadiyyatının mövcud potensialını tam şəkildə qavramaq, qlobal iqtisadi rəqabətdə Azərbaycanın rolunu düzgün qiymətləndirmək kadr hazırlığı ilə vəhdət təşkil etməlidir. Dördüncü sənaye inqilabının gətirdiyi reallıqları, rəqəmsallaşmanı, texnologiyaların birləşməsini nəzərə alaraq innovasiyalar və informasiya texnologiyaları, kiber təhlükəsizik, rəqəmsal marketinq və data analitika kimi ixtisaslar üzrə yeni müasir məzmunlu magistr proqramları hazırlamışıq".

Tarix
2021.01.27 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla