Yuxarı

Gürcüstanda Qarabağ saytı yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda Qarabağ saytı yaradıldı

Gürcüstanda fəaliyyət göstərən Milli Azlıqların Monitorinqi Qrupu "Qafqazplyus" veb saytı (www.kavkazplus.com) hazırlayıb və istifadəyə verib.

Axar.az QAT Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sayt siyasət, iqtisadiyyat, cəmiyyət, elm və digər bölmələrdən ibarətdir.

Eyni zamanda saytın içərisində Qarabağ və Abxaziya münaqişələri ilə bağlı ayrıca səhifə yaradılıb. Burada əsasən gürcü dilində hər iki münaqişə ilə bağlı obyektiv informasiyalar yerləşdirilib. Münaqişələrlə bağlı məlumatlar gürcü cəmiyyətinin və mətbuatının marağına səbəb olub.

Saytın işini Elbrus Məmmədov, Sabir Mehdiyev, həmçinin digər azərbaycanlı və gürcü fəallar həyata keçirirlər. Qarabağ Azadlıq Təşkilatı onların informasiya ilə təmin olunmasına yardım edir. QAT-ın gürcü dilində hazırladığı yazılı materiallar artıq həmin saytda yerləşdirilib.

Qeyd edək ki, materiallar saytda ingilis, rus, gürcü və Azərbaycan dillərində yerləşdirilir.

Tarix
2015.05.27 / 00:01
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla