Yuxarı

ANS-in məşhur verilişi efirə qayıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in məşhur verilişi efirə qayıdır

"Bu ilin sentyabrından etibarən "Qulp" verilişi yenidən efirə qayıdacaq".

Bunu Publika.az-a açıqlamasında sözügedən verilişin aparıcısı və telelayihənin müəllifi Mübariz Əsgərov bildirib.

Onun sözlərinə görə, hələlik sözügedən verilişin hansı telekanalda yayımlanacağı dəqiq bəlli deyil: "Yəqin ki, mən bu layihəni ilk olaraq ANS-ə təqdim edəcəm. Çünki "Qulp" verilişi məhz ANS-də böyüyüb boya-başa çatıb. Ona görə də bu layihəni birinci ANS-ə təqdim edəcəm. Əgər ANS bu verilişi istəməzsə, o zaman digər telekanallara müraciət edərəm".

M.Əsgərov hazırda ANS rəhbərliyi ilə münasibətlərinin yaxşı olduğunu söyləyib: "Mənimlə ANS rəhbərliyi arasında hər hansı problem yoxdur. Əksinə, mən onlara minnətdaram. Çünki mən uzun müddət ANS-də çalışmışam. "Qulp" verilişinin məşhurlaşmasında da ANS-in böyük rolu olub. Ona görə də mənimlə ANS arasında heç bir problem yoxdur. İnanıram ki, bundan sonra da hər hansı problem olmayacaq".

M.Əsgərov hazırda studiya verilişi ilə çalışdığını bildirib: "Məndə ayrıca studiyadır. Hazırda Xəzər TV-də yayımlanan "Rezonans" proqramı da mənim layihəmdir. Bu veriliş studiyada hazırlanır. Ancaq payızda yeni layihələrlə aparıcı kimi efirə qayıtmağı düşünürəm".

Xatırladaq ki, tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi olan "Qulp" satirik verilişi 1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş "Qulp" 1998-ci ildən sonra ANS TV-də efirə çıxıb.

Tarix
2015.05.27 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla