Yuxarı

Şəhidimizin adına bulaq istifadəyə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyliyə xatirə lövhəsi qoyulub, bulaq istifadəyə verilib.

Axar.az xəbər verir ki, abidə lövhəsi və şəhid bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib, ətraf ərazilər abadlaşdırılaraq səki daşları döşənib, ağaclar, dekorativ gül kolları əkilib, sakinlərin istirahəti üçün oturacaqlar qoyulub, söhbətgah quraşdırılıb, müasir işıqlandırma sistemləri ilə təchiz edilib.

Açılış mərasimində İH başçısı Rafiq Quluyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər ictimai şəxslər, eləcə də şəhidin yaxınları iştirak ediblər.

Xatirə lövhəsi şəhidimizin yaşadığı ünvanda qoyulub.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olub, ilk təhsilini Binəqədi rayonu 157 nömrəli tam orta məktəbdə alıb. Təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. Liseydə təhsil aldığı müddətdə öz təlim-tərbiyəsi və nizam-intizamı ilə seçilib. Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəblə öz hərbi təhsilini təkmilləşdirib. Ali təhsili başa vurduqdan sonra cəbhə bölgəsində çalışıb, Aprel döyüşlərinin iştirakçısı olub.

Dövlət layihəsi olaraq Türkiyədə və Çində xüsusi təlimlərdən keçib, həmin təlimləri Azərbaycan adından birinciliklə başa vurub.

Şəhid Həmid Abbasbəyli İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Döyüşlər zamanı minaya düşərək ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilən şəhərlərinin, Hadrut, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib.

Həmid Abbasbəyli oktyabrın 19-dan 20-nə keçən gecə Laçın cəbhəsində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, burada böyük izdihamla qarşılanıb, valideynləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana aparılıb. Yaylım atəşi ilə təntənəli şəkildə Xətai Rayon İcra Hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb.

Tarix
2021.02.15 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev hər şeyi hesablayıb, İrəvan qərar gözləyir - Tarasov

Planetin hər 11-ci sakini aclıqdan əziyyət çəkir - Ekson

Bu xoşagəlməz hallara baxmayaraq, COP29... - Qafarova

Füzulidə bunun üçün ərazi müəyyən edildi - Qərar

COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Məhmədtahir Zakirzadə Azərbaycanda səfərdədir

Tənzilə Narbayeva Azərbaycana gəldi

Abxaziyada baş verənləri Tiflis təşkil edir? - Şok ssenari

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla