Yuxarı

Ronaldo karyerasını nə vaxt başa vuracaq? – Özü açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo karyerasını nə vaxt başa vuracaq? – Özü açıqladı

Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo karyerasını nə vaxt başa vuracağı ilə bağlı sualı cavablandırıb.

Axar.az xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə UEFA Millətlər Liqasında Polşa ilə keçirilən matçdan (5:1) sonra danışıb.

Ronaldo futboldan həzz almaq istədiyini vurğulayıb:

"Mən, sadəcə, həzz almaq istəyirəm. Tezliklə 40 yaşım olacaq. Motivasiya hiss etdiyim müddətdə futboldan həzz almaq istəyirəm və oynamağa davam edəcəyəm. Motivasiya hiss etmədiyim gün karyeramı başa vuracağam".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in heyətində bu mövsüm 15 matçda iştirak edən K.Ronaldo 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Tarix
2024.11.16 / 10:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla