Yuxarı

Görün, Azərbaycana kimlər “petrostate” deyir…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı "petrostate" adlandıran və yaşıl iqtisadiyyatı siyasi təzyiq alətinə çevirməyə çalışan dairələrə cənab Prezident İlham Əliyev tutarlı cavab versə də, hələ də bir sıra xarici mətbu orqanlar özfəaliyyətlərini davam etdirirlər.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

“Əvəlla, Azərbaycan uzun müddət AB-nin və eləcə də regionun enerji təhlükəsizliyinin formalaşmasına dəstək olub və töhvə hazırda davam etdirilir. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra soyuq qış günlərində Avropaya mavi qaz ixracatını artıran da məhz Azərbaycan idi.

İkincisi, ölkəmizi "petrostate" adlandıran mətbu orqanların nəşr olunduğu dövlətlərin, demək olar, hamısının neft hasilatı Azərbaycan ilə müqayisədə dəfələrlə çoxdur. Paradoksun da digər üzü məhz budur”, - millət vəkili deyib.

O xatırladıb ki, neft hasilatının həcminə görə Azərbaycan dünyada sadəcə 25-ci ölkədir və bu siyahıda ilk yerdə ABŞ, daha sonra Rusiya, Səudiyyə Ərəbistanı, Kanada və İraq gəlir:

“Göründüyü kimi, Azərbaycan neft hasilatının həcminə görə nəinki ilk onluqda, hətta ilk iyirmilikdə belə yer almayıb. Gündəlik 5.0 milyon barrel neft hasilatı olan Kanadanın istehsalı cəmi 0.6 milyon barrel olan Azərbaycanı "petrostate" adlandırmasının özü də məhz ikili yanaşmanın təzahürüdür.

Mavi qaz hasilatının həcminə görə də Azərbaycan dünyada ilk iyyirmilikdə yer almır. Ölkəmizin 23-cü sırada qərarlaşdığı siyahıda yenə də ABŞ birincidir. Kanada isə yenə də ən çox qaz hasil edən dövlətlər arasında ilk beşlikdədir. İllik hasilatı 34 milyard m3 olan ölkəmiz ilə müqayisədə Kanada (188 milyard m3 ) 5.5 dəfə, ABŞ (1.029 tirlyon m3 ) 30 dəfə, Norveç (124 milyard m3 ) 3.7 dəfə çox qaz hasil edir.

Yaşıl iqtisadiyyatın formalaşmasına gəldikdə isə, hazırda Azərbaycanda yaşıl enerjinin ümumi istehlakda payı 17 faizdən çoxdur, 2030-cu ilədək bu göstərici 35 faizədək yüksələcək. Karbon emissiyası isə 40 faiz azaldılacaq. Yer gəlmişkən, qlobal karbon emissiyasının cəmi 0.1 faizi Azərbaycanın payına düşdüyü halda bu rəqəm ABŞ-da 12.6 faiz, Hindistanda 7.6 faiz, AB-də 6.4 faiz, Kanadada 1.52 faizdir.

Yəqin ki, əlavə rəqəmlərə ehtiyac yoxdur. Reallığa qərəzsiz və açıq gözlə baxmaq lazımdır”.

Tarix
2024.11.15 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı bu ölkəni təbrik etdi

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

Azad edilmiş ərazilərdə radioaktiv maddələr aşkarlandı

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla