Yuxarı

Ayağı olmayan qaziyə III qrup əlillik necə verildi?..

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ayağı olmayan qaziyə III qrup əlillik necə verildi?..

Sol ayağının topuqdan yuxarı hissəsi amputasiya olan Vətən müharibəsi qazisi Murad Teyyub oğlu Həsənova III qrup əlillik dərəcəsinin təyin edilməsi ictimai narazılığa səbəb olub. Hətta bir çox nüfuzlu şəxslər belə həmin qaziyə III qrup əlillik dərəcəsi verilməsini kəskin tənqid edib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov ölkədə əlilliyin təyin edilməsi ilə bağlı qərarların əlillərin durumu ilə adekvatlıq təşkil etmədiyini bildirib.

“Hazırda əlillik dərəcəsinin təyini ilə bağlı qanunvericiliyin tələblərinin sərtləşdirilməsi bu sahədə yaranan subyektiv amilləri aradan qaldırmaq məqsədi ilə olsa da, bu, əksinə, subyektiv amillərə yol açır. Hesab edirəm ki, əlilliyin müəyyən edilməsi ilə bağlı təlimatlar əhalinin əlillik durumu ilə adekvatlıq təşkil etmir”, - hüquqşünas bildirib.

S.Vəkilovun fikrincə, qazi Murad Həsənov ona verilən əlillik dərəcəsi ilə razı deyilsə, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə, həm də məhkəməyə şikayət edə bilər:

“Bu məsələ hüquqi qaydada mübahisələndirildiyi təqdirdə məhkəmə tərəfindən tibbi ekspertizaya göndəriləcək”.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də əlillik dərəcələrinin verilməsi ilə bağlı qanunvericilikdə uyğunsuzluqlar olduğunu və ona təcili düzəlişlər etmək lazım olduğunu bildirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov isə bildirib ki, sözügedən qaziyə təyin edilən əlillik dərəcəsi Nazirlər Kabinetinin qərarına uyğundur:

“Murad Həsənova Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq III qrup əlillik təyin edilib”.

Qurum rəsmisi onu da qeyd edib ki, əlilliyin təyin edilməsi ilə bağlı qərara dəyişiklik gündəmdədir:

“Hazırda buna hazırlıq gedir. Burada qrup deyil, faiz məsələləri olacaq. Yəni əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunacaq. Onun nə vaxt qəbul ediləcəyi isə hələlik məlum deyil”.

Tarix
2021.02.16 / 09:07
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla