Yuxarı

TV-nin idarəsi uşaqlara verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-nin idarəsi uşaqlara verildi - Foto

1 iyun "Uşaqların beynəlxalq müdafiəsi günü" münasibətilə Xaçmazdan yayımlanan RTV (Region TV) uşaqlara həvalə olunub.

RTV-dən Axar.az-a verilən məlumatlara görə, Televiziya ictimaiyyətin uşaqlara diqqətini artırmaq, onlara verilən dəyəri stimullaşdırmaq üçün həm idarəetmədə, həm də verilişlərin təqdimatında maraqlı dəyişikliklər edib.

Azərbaycan teleməkanında ilk dəfə atılan bu addım RTV-nin (Region TV) səhər proqramı olan "Gün başladı" verilişində start götürüb. Verilişin təkcə aparıcıları deyil, müxbir və yaradıcı heyəti də uşaqlarla əvəzlənib. Azyaşlıların bayramında verilişin qonaqları olan uşaqlar elə özlərindən danışıb. Kəpəz TV-nin (Region TV) "Tac-şou" proqramı da uşaqlara həsr olunub.

Bu gün Azərbaycanın ilk bölgələrarası xəbər telekörpüsü olan Region TV-nin "Region Xəbər" informasiya proqramının aparıcı və müxbir heyəti də uşaqlardan təşkil olunacaq. Bununla yanaşı RTV-nin Region TV-də yayımlanan idman proqramı olan "Region İdman" verilişinin yaradıcı heyəti və aparıcısı da uşaq olacaq.

1 iyun sürprizləri çərçivəsində Region TV-nin bir sıra verilişlərinin – "Ziq-zaq" və digər proqramların rubrikalarını uşaqlar idarə edəcək. Həftənin ilk iş gününə təsadüf edən 1 iyunda RTV-nin (Regon TV) departament rəhbərləri də vəzifələrindən bir günlük "istefa" verərək idarəetməni uşaqlara həvalə edib.

Tarix
2015.06.01 / 12:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla