Yuxarı

Antalyada iki azərbaycanlı qadın AKP-yə üzv oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Antalyada iki azərbaycanlı qadın AKP-yə üzv oldu

Antalyada yaşayan və Türkiyə vətəndaşlığı daşıyan iki azərbaycanlı qadın AKP-yə üzv yazılıb.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim partiyanın Antalya təşkilatının qərargahında təşkil edilən mərasimdə onlara AKP nişanını AKP-nin yerli təşkilatının rəhbəri İbrahim Ədhəm Taş taxıb.

65 yaşlı Şəfəq Qutluel deyib ki, 20 il əvvəl Antalyaya gəlib və buranı çox sevib:

“Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Çoz gözəl liderdir. Azərbaycanın yanında olduğu üçün çox məmnunam. Azərbaycana çox dəstək oldu. Qarabağ məsələsində də dəstək oldu. Onsuz da biz bir millət, iki dövlətik. Hər zaman biz də yanınızdayıq”, - azərbaycanlı AKP üzvü deyib.

Digər azərbaycanlı qadın, 41 yaşlı Elvira Səmədova isə deyib ki, 21 ildir Türkiyədə fəaliyyət göstərir:

“Onsuz da AKP-ni daha əvvəldən dəstəkləyirdim. Hörmətli başqanımız çox böyük liderdir. Ona güvənirik. O səbəbdən üzv oldum. Bir millət, iki dövlətik. Türkiyə Azərbaycana çox dəstək verdi. Bunu tarix sübut edib. Çox xoşbətəm”, - Elvira deyib.

Tarix
2021.02.23 / 10:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla