Yuxarı

Gəmi sahiblərinə hava xəbərdarlığı: Çovğun olacaq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmi sahiblərinə hava xəbərdarlığı: Çovğun olacaq!

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə edilən kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq edir.

Axar.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Agentliyin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında daxil olan məlumata əsasən, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında Şimal-Qərb, Şimal küləyinin 18-23 m/s-dək, arabir 25-30 m/s-ə qədər, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir.

Dənizdə dalğanın hündürlüyünün 2,0-4,0 metrə, sonrakı inkişafda 5,5-7,5 metrə çatacağı gözlənilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir.

Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.

Tarix
2021.02.23 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

Ermənistana 1 milyardlıq silah: Abbasov niyə susmuşdu?

İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi

İlham Əliyev Bərzani ilə görüşdü - Foto

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla