Yuxarı

Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun çaya düşməsi hadisəsinin detalları məlum olub.

Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.

Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.

Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.

Tarix
2026.07.13 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla