Yuxarı

İcra hakimliyi təkzib verdi: “Bu reketlər...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra hakimliyi təkzib verdi: “Bu reketlər...”

Lənkəran rayon İcra Hakimiyyətinin mətbuat xidməti Avropa Oyunları ilə bağlı rayonda pul yığılması barədə yayılan xəbəri təkzib edib.

İcra Hakimiyyətindən Axar.az-a daxil olan press-relizdə bildirilir ki, bu yalan məlumatı "Sonolay.org" internet saytı şəxsi maraqları üçün yayıb:

"Taleh Qaraşov Lənkəranda Avropa Oyunlarına pul yığdırır" başlıqlı məlumatın tamamilə yalan, iftira, böhtan olduğunu açıqlamazdan əvvəl nəyə görə təqdim olunmasına aydınlıq gətirmək istərdik. "Sonolay.org" saytının rəhbəri Ramin Məhəmmədoğlu 29 may 2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 nömrəli mobil telefonla Lənkəran İcra Hakimiyyətinə zəng edərək, hansısa mənbədən ona Lənkəranda I Avropa Oyunlarına köməklik adı ilə pul yığılması barədə yazı daxil olduğunu bildirib. Müəmmalı mənbəyə məxsus materialın dərc olunmasında Lənkəran İH və onun rəhbərliyinin hərtərəfli ziyan çəkəcəyini nəzərə çatdırıb. Bunun qarşısının alınması üçün xidmətini təklif edib. Qeyd edib ki, yazının dərc olunması üçün ona 500 manat təklif olunur. Baş redaktor yazının dərc olunmaması üçün icra hakimiyyətindən alternativ variant soruşub. Təbii ki, belə şər variantına qarşısında heç bir təklifimiz ola bilməzdi. "Sonolay.org"un rəhbərliyi 3 gün gözləyəndən sonra 01.06.2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 və 055-242 79 59 nömrəli mobil telefonla yenidən zəng edərək xəbərdarlıq xarakterli fikirlərini dilə gətiriblər. Bildiriblər ki, onları qane edəcək məbləğdə pul vəsaitinin verilməyəcəyi təqdirdə yazı "Sonolay.org" saytı ilə yanaşı digər saytlarda da dərc olunacaqdır. İH əməkdaşının belə sövdələşmənin ağlasığmaz olduğunu deməsini görən sayt rəhbəri məqsədinə nail ola bilməyəcəyini görüb məlumatı yayımlamışdır".

Mətbuata açıqlamada daha sonra sivil jurnalistika ilə bir araya sığmayan, yalan, böhtan yolu seçənlərin heç vaxt məqsədlərinə çatmayacaqları qeyd olunur, "Sonolay.org"un Mətbuat Şurasının qara siyahısında olduğu xatırladılır, reket jurnalistikaya qarşı mübarizəyə çağırış edilir.

Tarix
2015.06.02 / 12:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla