Yuxarı

Azərbaycan elə bir ölkədir ki... – Abram İxiilov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycan və yəhudi xalqının dostluğunu anlamaq istəyirsə, Qubaya, Qırmızı qəsəbəyə baş çəksin.

Axar.az xəbər verir ki, bu sözləri Moskvadakı “Alef” Gənclər Təşkilatının sədri Abram İxiilov deyib.

Təşkilat sədri bildirib ki, yüz illərdir eyni torpaqlarda dostluq və qardaşlıq şəraitində yaşayan azərbaycanlılar və dağ yəhudiləri şad gündə də, dar gündə də həmişə bir yerdə olublar.

Onun sözlərinə görə, Azərbaycan elə bir ölkədir ki, burda yaşayan hər kəs onu öz Vətəni bilir və Azərbaycan uğrunda hər cür fədakarlığı etməyə hazırdır.

“Bir ölkədə tolerantlıq, birgəyaşayış, dialoq, qarşılıqlı hörmət prinsipləri əsas götürülürsə, heç şübhəsiz, orada heç bir problem olmayacaq və o ölkə sülhün, sabitliyin qarantı kimi çıxış edə biləcək. Bizim doğma Vətənimiz olan Azərbaycan məhz belə ölkələrdəndir. Orda müxtəlif dini, etnik kimliklərə sahib insanlar əsrlərdir birgə yaşayırlar və onlar arasında hələ indiyə kimi bir-birinə güldən ağır söz deyən olmayıb. Məhz elə bu səbəbdəndir ki, bu gün dünyanın bir çox ölkələrində Azərbaycanın multikultural dəyərləri ali təhsil ocaqlarında tədris olunur. Qeyd edilir ki, Azərbaycanda bütün dini, milli kimliklərə sayğı var, diqqət və qayğı var. Mən də hər zaman olduğum bütün tədbirlərdə qeyd edirəm ki, Azərbaycanda multikultural dəyərləri gözləri ilə görmək istəyənlər buyurub Qubaya, mənim doğulduğum Qırmızı qəsəbəyə gəlsinlər. Ora gələnlər öz gözləri ilə görəcəklər ki, Azərbaycanda yaşayan dağ yəhudiləri necə diqqət və qayğı ilə əhatə olunublar. Əminəm ki, bu səfər həmin qəsəbəni görməyən insanlarda fərqli duyğular yaradacaq və onlarda Azərbaycanımız haqqında dolğun təsəvvürün formalaşmasına kömək edəcək”, - deyə Abram İxiilov bildirib.

Tarix
2021.02.28 / 15:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla