Yuxarı

Milli alqı və ritm… - STM-də müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.

Axar.az xəbər verir ki, STM-in İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri, millət vəkili Zahid Orucun moderatorluğu ilə keçirilən dinləmədə “Milli kimlik və milli ideologiya” mövzusunda açılış nitqi söylənib. Tədbirə məruzəçilər qismində fəlsəfə üzrə elmlər doktoru Əbülhəsən Abbasov, fəlsəfə doktoru, millət vəkili Etibar Əliyev, fəlsəfə doktoru, millət vəkili Fazil Mustafa, tarixçi Əkbər Nəcəf və jurnalist, araşdırmaçı Elxan Şükürlü qonaq qismində qatılıblar.

Milli kimlik və milli ideologiya məsələləri haqqında müzakirələrin önəmindən bəhs edən millət vəkili Zahid Oruc STM Mətbuat Xidmətinin bu qəbildən müzakirələrinin bundan sona davamlı xarakter alacağını vurğulayıb. Eyni zamanda o bildirib ki, tədbirdə mövzular ətrafında məruzəçilərin səsləndirdikləri fikirlər diqqətdə saxlanılacaq və dövlətə təqdim olunacaq.

Tədbirdə çıxış edən professor Əbülhəsən Abbasov Vətən müharibəsindən sonrakı dövrdə mövcud olan ideoloji-fəlsəfi reallıqdan bəhs edib. O qeyd edib ki, belə dinləmələr və polemikalar postpandemiya dövrünün reallığına çevrilməli və daha böyük auditoriyalar ilə təşkil edilməlidir. Eyni zamanda Əbülhüsün Abbasov bildirib ki, milli kimlik ətrafındakı müzakirələr və dinləmələr indiki dövr üçün mühüm əhəmiyyətə malikdir.

Millət vəkili Etibar Əliyev müstəqillik tarixinin 30 illik ideoloji bazisi mövzusunda çıxış edib. O bildirib ki, milli identiklik məsələsi qalib xalq üçün önəmli mövzudur.

Millət vəkili Fazil Mustafa mövcud milli kimliyimizin fəalsəfi bazasından bəhs edib, maarifçilik dönəmindən və ondan əvvəlki dövrün tarixi gerçəkliklərindən danışıb. O qeyd edib ki, belə mövzular ətrafında müzakirələri sosial media məcrasından daha böyük platformalara daşımaq lazımdır.

Tarixçi Əkbər Nəcəf və Elxan Şükürlü də mövzu ilə bağlı öz təkliflərini veriblər.

Ayrı-ayrı çıxışlarda qələbədən sonrakı milli kimlik, vətəndaş-məmur münasibətlərində, xarici münasibətlər sistemində, təhsildə və s. gözlənilən dəyişikliklər dilə gətirilib. Milli kimlik anlayışının komponentlərinə - milli identiklik, kollektiv simvol, milli xarakter məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük müharibə dövründə qələbə bizim milli birlik rəmzimizə çevrilib.

Paneldə qələbənin tarixə baxışı necə dəyişdirdiyi mövzusu ətrafında fikirlər səsləndirilib.

Tarix
2021.03.01 / 16:46
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla