Yuxarı

Anası türk olan idmançı erməniləri müdafiə etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anası türk olan idmançı erməniləri müdafiə etdi - Video

6 martda erməni saytlarında Rusiya Federasiyasının qaydasız döyüş üzrə çempionu, tanınmış idmançı Maqomed İsmayılov öz İnstaqram səhifəsində video-müraciət edərək, Azərbaycandan erməni əsirlərin buraxılmasını xahiş edib və əlavə edib ki, onları ailələri gözləyir.

Axar.az Moderator.az-a istinadən xəbər verir ki, ilk baxışdan xeyirxah məqsəd daşıyan bu müraciətdə yanlış məqamlar da var və bu məqamlardan erməni mediası dünəndən bəri təbliğatında istifadə edir. Maqomed İsmayılov video-müraciətində vurğulayır ki, əsir düşənlər müharibə bitəndən sonra cəbhədə qalan əsgərlərdir. Atəşkəs razılaşmasından xeyli sonra Şirakdan gələn silahlıları əvvəldən cəbhədə vuruşan hərbiçilər olduğunu və guya müharibə gözlənilmədən bitdiyindən bu adamların müharibənin bitməsindən xəbəri olmayıb.

Maqomed İsmayılov hisslərində səmimi ola bilər, amma fərqində deyil ki, dedikləri erməni iddiaları ilə üst-üstə düşür. Videoda əsir düşən erməni silahlılarının terrorçu olmadığını təkrar-təkrar deməsi idmançının təsir altına düşdüyünü açıq göstərir. Xeyli azərbaycanlı və erməni dostlarının olduğunu deyən məşhur idmançı xeyirxah məqsədlə etdiyi müraciətdə erməni dəyirmanına su tökdüyünün fərqində olmayıb.

Maqomed İsmayılov özünü “bu böyük dünyada kiçik adam” hesab edir və çox siyasətçi tanışlarının olduğunu deyir. Məşhur idmançı bu qədər xeyirxahdırsa, bir dəfə də olsun yurdlarından 30 ildi qovulmuş 800 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtması təşəbbüsü ilə də çıxış edibmi? Hər halda anası türk əslli, atası avar olan Maqomed bu incəlikləri də unutmamalıydı.

Tarix
2021.03.08 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?

Prezident FHN əməkdaşlarını təltif etdi

Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla