Yuxarı

Britaniyalı nazirin təbriki: Azərbaycan fəxr edə bilər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyalı nazirin təbriki: Azərbaycan fəxr edə bilər...

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarını təbrik edib.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyi Tvitter hesabında paylaşım edib.

"Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın bütün qadınlarına və qızlarına ən xoş arzularımı çatdırıram. Keçən ay Azərbaycana səfər etdiyim zaman həqiqətən ilham verən qadın və qızlarla tanış olmaq şərəfinə nail oldum. Onların arasında gender bərabərliyini müdafiə edən vətəndaş cəmiyyəti rəhbərləri, ailələrinə və yerli icmalara rifah gətirən qadın sahibkarlar və “Britiş Kənsl” tərəfindən məktəb klublarında ingilis dili və tənqidi təfəkkür bacarıqlarını öyrənən məcburi köçkün ailələrindən olan qızlar vardı. Gender bərabərliyi həm kişilər, həm də qadınlar üçün fayda gətirir. Qadınlar və qızların öz potensiallarını reallaşdırmağa və yaşadıqları icmalarda verilən qərarlara təsir etmək azadlığına sahib olması bütün cəmiyyətə əhəmiyyətli üstünlüklər bəxş edir.

İstanbul konvensiyasının imzalanması qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasında həlledici bir addım ola bilər. Azərbaycan Birləşmiş Krallıq da daxil olmaqla, dünyanın əksər ölkələrindən daha əvvəl qadınlara seçki hüququnu verməsi faktı ilə haqlı olaraq fəxr edə bilər! Azərbaycanda qadın və qızların hüquq bərabərliyinin daha da artırılmasına dair Azərbaycan hökuməti ilə apardığımız müzakirədən məmnun qaldım. Buna nail olmaq üçün və bütün azərbaycanlıların rifahı naminə azərbaycanlı dostlarımızla qarşılıqlı əməkdaşlıq etməyimizi səbirsizliklə gözləyirəm.

Bir daha Beynəxalq Qadınlar Günü münasibətilə sizi təbrik edirəm".

Tarix
2021.03.08 / 17:44
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla