Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün
növbəti buraxılış imtahanı keçirir.
Komissiyadan Axar.az-a verilən məlumata görə, imtahan
respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Naxçıvan,
Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar,
Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran,
Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar
Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və
Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin
buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər
üçün mərkəzləşdirilmiş qaydada keçirilir.
Şəhər və rayonlarda imtahanların keçirilməsi üçün ümumilikdə 66
imtahan mərkəzi ayrılıb.
Həmin gün 25 192 (Naxçıvanda 1019, Qobustanda 430, Ağcabədidə
1727, Ağdamda 951, Zərdabda 587, Bərdədə 2103, Tərtərdə 852,
Göyçayda 1230, Ucarda 854, Kürdəmirdə 1250, Ağdaşda 1236, Yevlaxda
1274, Ağsuda 807, İsmayıllıda 964, Şamaxıda 933, Qubada 1911,
Şabranda 666, Qusarda 1126, Xaçmazda 1947, Xızıda 144, Siyəzəndə
492, Kəngərlidə 259, Babəkdə 600, Ordubadda 396, Sədərək 111,
Culfada 414, Şərurda 764 və Şahbuzda 145) nəfər 9-cu sinif
şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
Həmin gün 20 855 (Naxçıvanda 909, Qobustanda 365, Ağcabədidə
1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə 734,
Göyçayda 1027, Ucarda 707, Kürdəmirdə 981, Ağdaşda 948, Yevlaxda
1094, Ağsuda 548, İsmayıllıda 897, Şamaxıda 606, Qubada 1264,
Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə
360, Kəngərlidə 260, Babəkdə 655, Ordubadda 376, Sədərək 88,
Culfada 402, Şərurda 664 və Şahbuzda 177) nəfər 11-ci sinif
şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri,
2307 nəzarətçi-müəllim ayrılıb.