Yuxarı

“Azərsu”dan Nəbatat bağı ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsu”dan Nəbatat bağı ilə bağlı - Açıqlama

Nəbatat bağına su verilməməsi ilə bağlı yayılan məlumatlara "Azərsu" ASC-dən reaksiya gəlib.

Axar.az xəbər verir ki, ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Feysbuk hesabından Nəbatat bağına su verilməməsi ilə bağlı xəbərin araşdırıldığını və xəbərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bu gün bəzi saytlarda "Nəbatat bağına su verilmir, yaşıllıqlar quruyur, bağın işçiləri əl yumağa su tapmır..." və digər məlumatlar yer alıb. Məsələni sona qədər araşdırdıq və məlum oldu ki, Nəbatat bağına normal qaydada su verilir. Belə ki, bağın su xəttinin girişində quraşdırılmış sayğac son 20 gündə əraziyə 7000 kubmetr (7 000 ton) suyun verildiyini qeydə alıb. Eyni zamanda bağın daxilində su anbarı var və burada daim ehtiyat su olur. Bundan başqa son vaxtlar qurumun rəhbərliyi tərəfindən Səbail Sukanal İdarəsinə suyun gəlməməsi ilə bağlı heç bir müraciət olunmayıb. Qeyd edək ki, Nəbatat bağı 24 saatlıq su ilə təchiz olunan zonada yerləşir".

Tarix
2015.06.12 / 10:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla