Yuxarı

Maskasız, siqaretli taksi sürücülərini polis cərimələmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maskasız, siqaretli taksi sürücülərini polis cərimələmir

Bakıda taksi xidməti göstərən sürücülərin bir çoxu maskadan istifadə etmir, bəzi hallarda isə avtomobildə, sükan arxasında siqaret də çəkirlər.

Axar.az əməkdaşı xəbər verir ki, taksi sürücüləri bu pozuntulara görə yol polisi əməkdaşlarının cərimə yazmadığını bildirirlər. Eyni zamanda, taksilərin böyük əksəriyyətində şəffaf arakəsmə olmur. Həmçinin taksi sürücüləri sərnişini ehtiyac olmadığı halda belə ön oturacaqda daşıyırlar.

Müşahidələrimiz də göstərdi ki, yol polisləri taksi sürücülərinin maska və siqaretlə bağlı tələbləri pozmasına, o cümlədən şəffaf arakəsmədən istifadə etməməsinə və sərnişinləri ön oturacaqda daşımasına laqeyd yanaşırlar.

Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov saytımıza açıqlamasında deyib ki, sərnişinlər taksi sürücülərinin qanun pozuntuları halları ilə qarşılaşdığı zaman polisə müraciət etsə, bu istiqamətdə təsirli tədbirlər görülər:

“Taksi sürücülərinin qanun pozuntuları ilə bağlı lazımı tədbirlər görülür. Hətta ötəngünkü statistikaya əsasən, 200-ə yaxın taksi sürücüsü qanun pozuntusu üzündən cərimələnib.

Maskadan istifadə etməyən taksi sürücüsü görən vətəndaşlar dərhal bizimlə əlaqə saxlasınlar. Bəzi taksilərdə ara məsafəni qorumaq üçün şəffaf arakəsmələr də mövcud deyil. Bu tələbi yerinə yetirməyən taksi sürücüləri aşkarlandıqca inzibati tənbeh tədbirləri həyata keçirilir”.

Polkovnik bildirib ki, karantin qaydalarının qorunmasında vətəndaşların dəstəyinə ehtiyac var:

“Əgər taksi sifariş edən şəxs arakəsmənin olmadığını görərsə, dərhal bizimlə əlaqə saxlasın. Bu gün sükan arxasında oturan hər kəs qoruyucu vasitələrdən istifadə etməklə, öz sağlamlığı ilə yanaşı digər insanların sağlamlığını da qorumalıdır”.

Tarix
2021.04.13 / 10:39
Müəllif
Ayzel Fətullayeva
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla