Yuxarı

Cabbarov: İlham Əliyev yəhudi icmasını diqqətdə saxlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cabbarov: İlham Əliyev yəhudi icmasını diqqətdə saxlayır

İsrail hökuməti ilə çox yaxşı əlaqələrimiz var və peşəkar səviyyədə tez-tez danışıqlar aparırıq. Həmçinin İsrailin Bakıdakı səfirliyi ilə də əlaqələrimiz əladır. Biz həmçinin bu ölkənin müxtəlif nazirlikləri ilə də yaxşı münasibətlərə malikik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri və Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov Azərbaycanda yaşayan yəhudilərə də münasibətin yüksək səviyyədə olduğunu qeyd edib:

“Yüz illərdir ki, biz birgə yaşayırıq və Azərbaycanın dəyərləri hər dinə və hər etnik qrupa hörmət üzərində qurulub. Bunun sirri sadədir: Azərbaycanda yaşayan hər bir etnik qrupun cəmiyyətimizin bir hissəsi olduğuna inanırıq.

Bu, birlikdə yaşadığımız bir tarixə, bir-birimizə zərər verməmək, bir-birimizə hörmət etmək, birlikdə əylənmək və böhranlarla üzləşmək, dini bayramları qeyd etmək, yan-yana döyüşmək, istisnasız bir mədəniyyətə söykənən bir münasibətdir.

Azərbaycan nisbətən gənc bir ölkədir, lakin bizim uzun bir tariximiz var. Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki bütün azlıqları olduğu kimi Yəhudi icmasını da diqqətdə saxlayır.

Gələn il Azərbaycan müstəqilliyinə 30 il, İsrail əlaqələrinə 30 il qeyd edəcək. Mənim məqsədim iki ölkə arasında əlaqələri daha da yaxşılaşdırmaq üçün çalışmaqdır. Bu xüsusi ildə də bunu edəcəyəm”.

Tarix
2021.04.22 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla