Yuxarı

Prezidentlərin Bakı görüşləri: nələr əldə etdik?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin Bakı görüşləri: nələr əldə etdik?

Bir çox ölkə prezidentlərinin Azərbaycana gəlməsi ilə Bakı yenə də böyük mükalimə və dialoq meydanına çevrildi.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Azərbaycan istənilən halda maraqlı tərəf kimi çıxış edir:

"Paytaxtda baş tutmuş danışıqların nəticəsi barədə danışmağa dəyər. İlk növbədə diqqət çəkən Rusiya və Türkiyə prezidentlərinin görüşü oldu. Bakıda əlaqələrin bərpasına hesablanmış təməl qoyuldu. Düzdür, görüşün protokolunda baş vermiş qüsur bir qədər anlaşılmaz vəziyyət yaratsa da, danışıqlar baş tutdu. Əsas odur ki, tərəflər sözügedən danışıqlara energetika, nüvə agentlikləri, iri şirkətlərin başçılarını da cəlb etmişdilər. Bakıda keçirilmiş Türkiyə-Rusiya danışıqları strateji əhəmiyyətə malikdir. Yəni liderlər arasında soyuqluq dövlətlərarası münasibətləri dayandıra bilməz. Gündəlikdə "Türk axını" kimi vacib layihə var və o baş tutsa, Avrasiyanın enerji xəritəsi xeyli dəyişəcək. Azərbaycan istənilən halda bütün layihələrdə çevik mövqe tutduğuna görə maraqlı tərəf kimi çıxış edir".

Politoloq Bakıda baş tutan digər ölkələrin prezidentlərinin görüşü barədə də danışıb:

"Bəzi ekspertlər iddia edir ki, "Türk axını" istismara verilsə, bu, Azərbaycanın xeyrinə işləməyəcək. Lakin yaddan çıxarmaq olmaz ki, Azərbaycan Türkiyə ilə eyni mövqedən çıxış edir və Bakının Türkiyəyə qoyduğu sərmayə, TANAP-dakı iştirakı artıq dividentlər vəd edir. Odur ki, Azərbaycan belə beynəlmiləl layihələrdə düzgün mövqe tutmaqla öz gələcəyi üçün etibarlı zəmin yarada bilib. O ki qaldı digər görüşlərə, Bakıda Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan prezidentləri və digər rəsmilərlə görüşləri gündəlikdə olan bir çox mühüm problem və məsələləri müzakirə etməyə imkan verdi. Birmənalı olaraq Bakıda başlanmış böyük idman bayramı siyasi gündəliyə aid bir çox vacib məqamları müzakirə obyektinə çevirdi və yüksək səviyyəli rəsmilər mühüm məsləhətləşmə və danışıqlar keçirə bildilər. Əldə olunmuş razılıqların səmərəsi yaxın gələcəkdə mütləq özünü göstərəcək".

Tarix
2015.06.16 / 10:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Baş konsulumuz 200 min dollar mənimsəyib?

Litva XİN Azərbaycanı təbrik etdi - Foto

Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla