Yuxarı

Xəzərdə nə qədər suiti var?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə nə qədər suiti var?

Xəzər suitisi dəniz məməlilərinin ən kiçiyidir və Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən növdür. Azərbaycanda Xəzər suitisi 1952-ci ildən ovlanmır. Xəzəryanı ölkələr arasında Azərbaycan birinci olaraq Xəzər suitisinin ovuna qadağa qoyub. Ötən il Xəzəryanı ölkələrin Su Bioloji Resursları Komissiyasının qərarı ilə Rusiya və Qazaxıstan da Xəzər suitisinin ovlanmasına qadağa qoyub və onu “Qırmızı kitab”a daxil ediblər.

XX əsrin əvvəllərində Xəzər dənizində suitinin populyasiyası təxminən 1 milyon baş təşkil edirdi. 20 il öncə aparılan tədqiqatlar nəticəsində onun sayının 380 min baş olduğu müəyyənləşib.

Axar.az xəbər verir ki, bunu “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.

M.Axundov, həmçinin qeyd edib: “Xəzər dənizində ekosistemin tarazlığının pozulması nəticəsində suitilərin də sayı azalıb. Bu, əsasən kilkələrin ehtiyatının azalması ilə bağlıdır. İngiltərənin Lids Universitetinin apardığı tədqiqatlar əsasında hazırda Xəzər dənizində 111 min baş suitinin olması müəyyən edilib. Bu, ümumi ekosistemin vəziyyətini əks etdirir. Yəni, bütün növlər müəyyən gərginlik vəziyyətindədir. Son 4-5 ildir ki, vəziyyət müsbətə doğru dəyişib. Hazırda Xəzər dənizində ekosistemin bərpa prosesi gedir. Dənizdə kilkə ehtiyatı artır. Ekosistem bərpa olunandan sonra suitilərin, o cümlədən digər balıq növlərinin də sayının artacağına inanırıq”.

Tarix
2021.04.27 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla