Yuxarı

Data yarışmasında bu məzun və tələbələr qalib oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Data yarışmasında bu məzun və tələbələr qalib oldu

Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkil etdiyi “Rəqəmsal idarəetmədə süni intellekt” beynəlxalq konfransı çərçivəsində keçirilmiş data yarışmasının qalibləri seçilib və onlara mükafatlar təqdim olunub. Qaliblər sırasında Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının məzunları da var. Belə ki, yarışmada Akademiyanın məzunlarından Mikayıl Yusifov öz komanda yoldaşları ilə birinci yerə, Machine Learning tələbəsi Elşən Qədimov üçüncü yerə layiq görülüb. Beləliklə, ilk üç yerdən ikisinin qalibi IBA Tech Akademiyasının məzun və tələbələri olub. Akademiyanın daha bir tələbəsi Anar Həsənov isə yarışmanın mükafatçılarından olub. Qaliblərin mükafatlandırılması mərasimində müxtəlif dövlət qurumlarının və texnologiya şirkətlərinin rəhbərləri iştirak edib.

Axar.az xəbər verir ki, EHİM-in keçirdiyi beynəlxalq konfrans və data yarışması dünya şöhrətli alim, bu il anadan olmasının 100 illiyi tamamlanan Lütfi Zadənin xatirəsinə həsr olunub. Konfransda 22 ölkədən 58 spiker çıxış edib. 19 ölkədən 900-ə yaxın unikal iştirakçı qoşulub.

Data yarışmasında iştirak üçün isə 185 komanda qeydiyyatdan keçib. Belə bir yarışmanın məqsədi Azərbaycandakı data mütəxəssislərinin aşkar edilməsi, onlarla əməkdaşlığın qurulması və gələcəkdə yeni layihələrin reallaşdırılmasıdır. Yarışmanın həyata keçirildiyi “Kaggle” platforması data elmi və maşın öyrənmə sahəsindəki həvəskar və peşəkarların onlayn cəmiyyətidir. Platforma 5 milyondan çox istifadəçi ilə 194 ölkəni əhatə edir. Müxtəlif fəaliyyət sahələrinə aid data əsaslı məsələlər burada komanda, yaxud fərdi qaydada həll olunur. Tədbir haqqında ətraflı məlumat: https://ai4digigov.com/

Xatırladaq ki, IBA Tech Akademiyası 2019-cu ilin sentyabrından fəaliyyətə başlayıb. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarı üçün peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasıdır. İndiyə qədər 200-dən çox gənc müxtəlif proqramlar üzrə Akademiyadan məzun olub. Onların böyük əksəriyyəti Azərbaycan Beynəlxalq Bankında, eləcə də digər yerli və xarici şirkətlərdə işlə təmin edilib.

Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2021.05.03 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla