Yuxarı

Bu radiomuz Qarabağda fəaliyyət istiqamətini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu radiomuz Qarabağda fəaliyyət istiqamətini açıqladı

14:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlayıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

***

Qarabağda yayıma başlayan “CBC FM” fəaliyyət istiqamətlərini açıqlayıb.

102.7 MHs işçi tezliyində dinlyicilərin ixtiyarında olacaq “CBC FM”də gün ərzində hər saatın əvvəli bir neçə dildə 8 xəbər buraxılışı təqdim edəcək.

Fasiləsiz olaraq radio kanalda Azərbaycan həqiqətlərini əks etdirən verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalda musiqi və audiokitablar təqdim olunacaq. “CBC FM”də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür.

"Caspian International Broadcoasting Company" MMC-nin baş direktoru Vüqar Xəlilov “CBC FM”in fəaliyyətə başlaması ilə bağlı birdirib: “Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacayıq”.

Vüqar Xəlilov radiokanalın qarşısında duran məqsədlərdən və vəzifələrdən danışaraq deyib:

“Dinyəyicilərin rəğbətini qazanmaq üçün daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan – müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”.

Tarix
2021.05.08 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi...

Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...

Azərbaycan və Qazaxıstan strateji müttəfiqdir

Kilsə ilə savaş: Paşinyanın planı budur

Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür

Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla