Yuxarı

Azad Rəhimov: "Bu xəbəri yayanlar..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad Rəhimov: "Bu xəbəri yayanlar..."

Gənclər və İdman naziri iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Azad Rəhimov APA-ya açıqlamasında bildirib ki, avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir:

"Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutmuşlar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir.

Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır".

Tarix
2015.06.21 / 01:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

Ukrayna danışıqları Azərbaycanda keçiriləcək? - Kreml

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla