Yuxarı

QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşdü

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Cahit Bağçını qəbul edib.

QMİ-dən Axar.az-a verilən məlumata görə, səfiri səmimi salamlayan QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib.

O, ölkəmizə yeni təyin olunmuş Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətinə xeyir-dualar dilədi.

C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından dərin məmnunluğunu dilə gətirərək, bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğulayıb.

O, Türkiyə dövlətinin hər zamankı kimi bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə edib. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini xüsusu vurğulayıb.

Tarix
2021.05.18 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev xalqa müraciət edir - Canlı yayım

Tokayev İlham Əliyevi təbrik etdi

AKP Azərbaycanı təbrik etdi

Şərifdən 8 Noyabr mesajı: Cəsarətin tarixi sübutu...

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla