Yuxarı

Universitetlərimiz müasir təhsil verə bilmir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetlərimiz müasir təhsil verə bilmir - Ekspert

Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov ölkəmizdəki ali təhsil müəssisələrinin müasir təhsil sistemi ilə müqayisəsindən danışarkən deyib.

“Ali təhsil müəssisələrimiz müasir dövrün tələblərinə və əmək bazarının standartlarına uyğun kadr hazırlığını həyata keçirməkdə çətinlik çəkir. Azərbaycan universitetlərinin maddi-texniki bazaları çox zəifdir, müasir dövrün tələblərinə uyğun laboratoriya və digər infrastrukturları yoxdur.

Etiraf edək ki, bu gün dünya təhsil sistemi və universitetlər sistemi yeni bacarıqları özündə əks etdirən, məhsul istehsal edə bilən və azxərcli ali təhsil binaları tələb edir. Azərbaycan ali təhsil müəssisələrində kadr potensialının, xüsusən, texniki və təbiət fənləri, proqramlaşma, kompüter elmləri, informasiya texnologiyaları ilə bağlı çox zəif tədris sistemi həyata keçirilir. Bu səbəbdən Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil”, - ekspert qeyd edib.

Tarix
2021.06.07 / 08:45
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla