Yuxarı

Şəhid jurnalistlər: yavan çörək yeyə-yeyə… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid jurnalistlər: yavan çörək yeyə-yeyə… - Video

Kəlbəcərdə şəhid olan AzTV telekanalının operatoru Sirac Abışov və Azərtac-ın müxbiri Məhərrəm İbrahimovun minaya düşməzdən bir neçə saat əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Videogörüntü jurnalistlərin “Kəlbəcər çörəyi” deyə, yavan çörəyi iştahla yedikləri və bundan qürurla bəhs etmələri sosial şəbəkə istifadəçilərini kövrəldib. Onların işğaldan azad edilən ərazilərdə hansı zəhmətlə çalışdıqları bu videoda bir daha göz önünə gəlir.

Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, Azərtac-ın müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Tarix
2021.06.10 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla