Yuxarı

Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsu ASC su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Bakının Binəqədi rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirib.

Qurumdan Axar.az-a verilən məlumata görə, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində yerləşən 3 çoxmənzilli yaşayış binasında sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, yeni tikilmiş yaşayış binalarının heç birinin su təchizatı xidmətindən istifadəyə görə texniki şərti mövcud deyil. Binaların su təchizatı yaxınlıqdakı şəbəkəyə edilmiş qanunsuz qoşulma ilə aparılıb. Belə ki şəbəkədən götürülən su binaların qarşısında quraşdırılmış çənlərə doldurularaq məzillərə vurulur.

Cavadxan küçəsi, Pitomnik bağı kimi tanınan ərazidə isə bağın sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə suvarıldığı aşkarlanıb.

Binəqədi rayonunda ən çox su itkisi Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yaranır. Burada vətəndaşlar tərəfindən tikinti normalarına uyğun olmayan fərdi su xətlər çəkilib. Sayğac quraşdırılmadığından su sərfiyyatı ailə üzvlərinin sayına görə hesablanır. Su itkilərini ölçmək üçün bu yataqxanaların hər birinə balans sayğacları quraşdırılıb.

Biləcəri qəsəbəsi, yeni yaşayış massivi adlanan ərazidə fərdi evlərin bir qismində sayğaclarının olmasına baxmayaraq, sakinlər yaxınlıqdan keçən magistral xətdən qanunsuz əlavə su xətti çəkiblər. O da məlum olub ki, bu işi təşkil edən bir qrup şəxs magistral xətt üzərində qanunsuz su kollektoru quraşdıraraq buradan qonşulara əlavə çıxışlar verirmiş.

Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönləndirilib. Bununla yanaşı, vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb.

Vətəndaşları və sahibkarkları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 7 682, Binəqədi rayonu üzrə isə 781 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 055 min kubmetr, Binəqədi rayonu üzrə isə 225 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Tarix
2021.06.10 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla