Yuxarı

Əmlak bazarındakı bahalaşmanın səbəbi nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən bir ayla müqayisədə yerli və idxal olunan tikinti materiallarında qiymət artımı nəzərə çarpır.

Axar.az xəbər verir ki, bu sözləri tikinti materiallarının qiyməti ilə bağlı vəziyyətin əmlak bazarına mümkün təsirlərini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov Yenicag.az-a açıqlamasında bildirib.

Ekspert vurğulayıb ki, ötən illə müqayisədə bu il əksər tikinti materiallarının qiymətində bahalaşma müşahidə olunur:

“Yay fəslinin tikinti mövsümü olduğunu nəzərə alsaq, hazırda inşaat sektorunda ciddi canlanma var. Bu və digər amillər də ölkədə tikinti materiallarının qiymətinə təsir göstərib. Ötən bir ayla müqayisədə yerli və idxal olunan tikinti materiallarında qiymət artımı nəzərə çarpır. Bu artım daha çox taxta və dam örtükləri, kafel-metlax qiymətlərində özünü göstərir. İdxal olunan məhsulların qiymət artımına səbəb olaraq daşınma xərclərini göstərə bilərik”.

Mirdaməd Əzizova görə, tikinti materialları bazarındakı qiymət artımı çoxmərtəbəli binalarda mənzillərin qiymətinə təsirsiz ötüşmür:

“Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tərəfindən tənzimlənən mallar istisna olmaqla, bütün malların qiymətləri rəqabət mühitində tələb və təklif əsasında formalaşır. Bu qiymətlərin səviyyəsi dünya iqtisadiyyatında baş verən bir sıra amillərin nəticəsində dəyişə bilir. Çox təəssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.

Hər zaman yay aylarında daşınmaz əmlak bazarında satışın digər aylara nisbətən zəif olduğu müşahidə olunur. Lakin bir ildən çox davam edən pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimləri əmlak bazarında satış səviyyəsini azaldıb. Hazırda tətbiq olunan karantin rejimindəki yumşalmaların daşınmaz əmlak bazarında canlamaya səbəb olacağı proqnozlaşdırılır”.

Tarix
2021.06.12 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla