Yuxarı

Şuşa Bəyannaməsinin çoxtərəfli mesajı... - Şənsoy

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşa Bəyannaməsinin çoxtərəfli mesajı... - Şənsoy

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin həm iki ölkənin münasibətləri, həm Qafqaz regionu, həm də bütün türk dünyası üçün çox vacib məsələ olduğunu düşünürəm. İki ölkə arasında münasibətlər artıq NATO-nun 5-ci maddəsində öz əksini tapan "kollektiv müdafiə" prinsipləri əsasında qurulmuş oldu.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Dünya Türk Forumunun sədri Süleyman Şənsoy bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə yeni bir model ortaya qoyuldu:

"Türkiyə Prezidenti tərəfindən Milli Məclisdə dilə gətirilən Rusiya və Ermənistan da daxil olmaqla 6 ölkənin daxil olduğu regional əməkdaşlıq platformasının qurulması bu yeni modelin səciyyəvi xüsusiyyətləri barədə fikir formalaşdırır. Nəzərə almaq lazımdır ki, bu bəyannamə həm ikitərəfli, həm də çoxtərəfli mesajları olan bir sənəddir. Daha da önəmlisi Türk Şurasının fəaliyyət sferasını da genişləndirəcəyini düşünürəm. Digər tərəfdən, bəyannamənin mətni çox əhatəlidir və başqa dövlətlərin də rahatlıqla qoşula biləcəyi formadadır".

S.Şənsoy deyib ki, Şuşa ikitərəfli, çoxtərəfli və universal ölçüdə yeniliklərə zəmin yaradan bəyannaməyə ev sahibliyi etdi:

"Şuşa Azərbaycan, Türkiyə və bütün türk dünyası üçün də əhəmiyyətlidir. Təbii ki, bu prosesin uğurlu şəkildə davam etməsi üçün Türkiyə və Azərbaycan rəhbərliklərinin çox diqqətli olması lazımdır. Xüsusilə "Zəngəzur dəhlizi" layihəsinin həyata keçirilməsi bəyannamənin ilk və ən önəmli imtahanıdır. Zəngəzur dəhlizi həmçinin iqtisadi baxımdan bölgə üçün vacib məsələdir".

Tarix
2021.06.17 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla