İyul ayında havanın orta
aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir
qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata
görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı
ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq
temperaturun 25-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35,
bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının
iqlim normasına yaxın (norma 2-3 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq
temperaturun 25-29 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35,
bəzi günlərdə 38-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-16
mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy
rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti
(gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35
dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına
yaxın (norma 36-73 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında
Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 21-26,
gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm)
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz
rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti
(gecələr 17-22, gündüzlər 27-32, bəzi günlərdə 35-38 dərəcə isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-118 mm)
olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta
aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 23-28, gündüzlər
30-35, bəzi günlərdə 38-42 dərəcə isti) olacağı gözlənilir ki, bu
da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 3-22 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 21-26,
gündüzlər 29-34, bəzi günlərdə 37 dərəcəyədək yüksələcək) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm)
olacağı gözlənilir.