Yuxarı

“Azəriqaz” istənilən müzakirə üçün açıqdır – Ruslan Əliyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” istənilən müzakirə üçün açıqdır – Ruslan Əliyev

“Azəriqaz” İstehsalat Birliyi (İB) yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib.

Birlikdən Axar.az-a verilən məlumata görə, Şuranın əsasnaməsi, reqlamenti və fəaliyyət planı müzakirəyə çıxarılıb. Şura üzvləri gündəmdə olan sənədlər barədə fikirlərini bölüşüblər, təkliflərini veriblər. Yekun olaraq hər 3 sənəd qəbul olunub. Bundan başqa Şura daxilində vətəndaşlardan daxil olan müraciətlərə necə baxılacağına diqqət ayrılıb. “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev İctimai Şura üzvlərinə təqdim olunub. Bundan sonra hər hansı müraciət daxil olarsa, buna ən tez bir zamanda reaksiya göstəriləcəyi bildirilib.

İctimai Şuranın iclasında Birliyin baş direktoru Ruslan Əliyev də iştirak edib. O, bildirib ki, təmsil etdiyi qurumun qapıları Şura üzvlərinin istənilən müzakirə mövzusu üçün açıqdır. “Azəriqaz” İB davamlı iş birliyi tərəfdarıdır və Şuranın aktivliyindən gözləntiləri çoxdur.

Sonra Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Tarix
2021.06.20 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla