Yuxarı

Yaşı 80-dən yuxarı 1260 nəfərin əmək müqaviləsi var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaşı 80-dən yuxarı 1260 nəfərin əmək müqaviləsi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatda olan əmək müqavilələrinin (1,7 milyonadək müqavilə) ən çox hissəsi (28,1%-i və ya 464,3 mini) 31-40 yaşlarında olan şəxslərlə bağlanıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, e-sistemdəki əmək müqaviləsi bildirişlərinin 20,3%-i 41-50 yaşlarında, 20,1%-i 51-60 yaşlarında, 20%-i 21-30 yaşlarında, 9,7%-i isə 61-70 yaşlarında olan işçilərə aiddir.

Həmçinin e-sistemdə 143 nəfər 16 yaşa qədər, 1 260 nəfər isə 80 yaşdan yuxarı olan şəxsin adına əmək müqaviləsi bildirişi mövcuddur.

Qeyd edək ki, Əmək Məcəlləsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Nazirlik yanında yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirilir və 15 yaşına çatmamış şəxslərlə əmək müqavilələri bağlanmasına yol verilmir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən isə onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Tarix
2021.06.21 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla